Pakistan İslam Respublikasının Baş naziri ilə baş tutan danışıqlardan sonra keçirilən mətbuat konfransında Tacikistan Respublikasının Prezidentinin çıxışı

21.09.2021 11:32

Hörmətli media nümayəndələri,

Xanımlar və cənablar,

İlk növbədə Pakistan İslam Respublikasının hörmətli Baş naziri Zati-aliləri İmran Xanı Tacikistana gəlişi münasibətilə bir daha salamlamaq və ölkəmizə rəsmi səfərə gəldiyinə görə minnətdarlığımı bildirmək istərdim.

      Danışıqlarımız ənənəvi olaraq dostluq və tam qarşılıqlı anlaşma mühitində keçdi.

Tacikistan tərəfi yüksək səviyyəli danışıqların nəticələrindən məmnunluğunu bildirib.

Bu gün uğurlu keçən görüşlərin nəticəsi olaraq yeni əməkdaşlığa dair sənədlər paketi imzalandı.

Dövlətlərimiz arasında, o cümlədən ən yüksək səviyyədə aparılan müntəzəm siyasi əlaqələrdən məmnunuq.

       Tərəflər danışıqlar zamanı hər iki tərəf üçün vacib və ortaq məqsədlərdən biri olan ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü təsdiqlədilər.

Bu prosesdə Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rolu etiraf edildi.

       Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı.

Biz, nəqliyyat sahəsində xüsusilə də Tacikistanın Pakistanın dəniz limanlarına - Karaçi və Qvadara çıxması üçün, əməkdaşlığın genişləndirilməsinə hazır olduğumuzu bildirdik.

Bu baxımdan Tacikistan regional dəhlizlərə və nəqliyyat layihələrinə qoşulmaqda maraqlıdır.

Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edildi.

Biz qlobal təhdidlərlə - terrorizm, ekstremizm, narkotik ticarəti və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə tərəfdaşlıq və əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğuladıq.

Bölgədəki mövcud vəziyyəti müzakirə edərkən Əfqanıstan məsələsi diqqət mərkəzimizdə idi.

Bu ölkədəki mövcud vəziyyət narahatlıq doğurur.

       Biz, Əfqanıstanın qonşuları, daha çox bu problemli ölkədə sülhün və sabitliyin bərpasında maraqlıyıq və Əfqanıstan milli iqtisadiyyatının dirçəlməsinə xüsusi diqqət yetiririk.

Hesab edirik ki, regional və beynəlxalq nəqliyyat şəbəkələrini birləşdirən bir ölkə olaraq Əfqanıstanda vəziyyətin sabitləşməsi qonşu ölkələr üçün xüsusilə vacibdir.

        Bu məzmunda yaxın gələcəkdə bu qonşu ölkədə sülhün və sabitliyin bərpa ediləcəyinə və Əfqanıstanda bütün siyasi və etnik qrupların maraqlarının nəzərə alınacağına ümid ifadə edildi. Biz bütün sosial qrupların iştirakı ilə bu ölkədə inklüziv hökuməti dəstəkləyirik.

Eyni zamanda vurğuladıq ki, taciklər və digər etnik qruplar inklüziv hökumətdə öz layiqli yerlərini tutmalıdırlar.

       Əfqanıstanda yalnız bu yolla sülh və sabitliyin təmin olunacağına inam ifadə edildi.

 

       Atəşkəsin elan edilməsi və bölgə əhalisinə humanitar yardım göstərmək üçün yolların açılması, Pancşer əyalətindəki qarşıdurma və gərginliyin tez bir zamanda aradan qaldırılması bu günün ən vacib vəzifələrindən biridir.

Tacikistan və Pakistan bu məqsədlərə çatmaq üçün bütün səylərini səfərbər etmək razılığına gəliblər.

Biz Düşənbə şəhərində taliblər və taciklər arasında danışıqları təşviq etmək üçün razılığa gəldik.

Gələn il Tacikistanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Zati-aliləri İmran Xan ilə razılığa gəldik ki, bu əhəmiyyətli günü ən layiqli səviyyədə siyasi tədbirlər təşkil etməklə qeyd edəcəyik.

İndi isə böyük məmnuniyyətlə sözü Zati-aliləri, Pakistan İslam Respublikasının Baş naziri İmran Xana verirəm.

Buyurun

Signing-Ceremony-Pakistan-and-Tajikistan-9.jpg

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg