2 sentyabr 2021-ci ildə Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Rustam Soli Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov ilə görüşüb.
Görüşdə Tacikistan Respublikasının Xatlon vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında investisiya, iqtisadiyyat və ticarət, mədəniyyət və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Tərəflər Danqara və Naxçıvan şəhərləri arasında, habelə Tacikistanın Xatlon vilayəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qardaşlaşma münasibətlərinin qurulması üçün fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
B.Əsgərov öz növbəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün lazım olan bütün köməkliyi göstərməyə hazır olduğunu bildirib.
Səfir eyni zamanda müstəqillik illəri ərzində ölkənin qazandığı uğurlar, Tacikistanın investisiya imkanları, Tacikistanın beynəlxalq təşəbbüsləri, ölkənin strateji hədəfləri, Tacikistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi haqqında ətraflı məlumat verdi.