Səfirin Xarici İşlər nazirinin müavini ilə görüşü

27.08.2025 09:05

27 avqust 2025-ci il tarixində Bakı da Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlxom Abduraxmonun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla görüşü keçirilmişdir.

Görüş zamanı ölkələrin xarici siyasət qurumları arasında əməkdaşlıq, o cümlədən siyasi və konsul məsləhətləşmələrinin keçirilməsi, Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilmişdir.

Həmçinin, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Галерея

Calendar

  • business-portal_thumb.jpg