Tacikistan Respublikasının Prezidenti yanında Dövlət Simfonik Orkestrinin Bakı şəhərindəki konserti

09.04.2025 17:31

9 aprel 2025-ci il tarixində Bakı şəhərində H.Əliyev sarayında Tacikistan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Simfonik Orkestrinin estrada ansamblının “Dostluq hədiyyəsi” adlı konserti keçirilib.

Tacikistan Respublikası Hökumətinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan mədəni tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon, Azərbaycanın incəsənət xadimləri, ziyalıları, elmi və mədəni dairələrinin nümayəndələri, diplomatik korpusun nümayəndələri, Bakı şəhərinin sakinləri və qonaqları iştirak ediblər.

Tacikistan artistlərinin ifasında tamaşaçılara tanınmış tacik və Azərbaycan bəstəkarlarının musiqi və mahnılarından, eləcə də klassik musiqi əsərlərindən və müasir dünya musiqisinin nümunələrindən, o cümlədən Cüzeppe Verdinin, Jorj Bizenin operalarından, habelə Klaus Badeltin, Frenk Sinatranın və Müslüm Maqomayevin melodiya və mahnılarından ibarət maraqlı və rəngarəng konsert proqramı təqdim edilib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu və sürəkli alqışlarla qarşılanıb.

Галерея

Calendar

  • business-portal_thumb.jpg