Bakıda Novruz bayramına həsr olunmuş bayram tədbiri

10.04.2025 17:47

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 2025-ci il aprelin 10-da qardaş Azərbaycan Respublikasının gözəl şəhəri Bakıda Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Tacikistanlı həmvətənlər, tələbələr və Bakıya gələn digər qonaqlar iştirak ediblər.

Bayram tədbirində Tacikistan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Simfonik Orkestrinin solist və musiqiçiləri də iştirak edərək qonaqlara gözəl tacik milli mahnıları və musiqilərindən ibarət konsert proqramı təqdim ediblər.

Tədbir çərçivəsində milli geyimlər, musiqi alətləri və əl işlərindən ibarət xalq sənətkarlığı nümunələrinin, rəssamların tabloları və Tacikistanın gözəl təbiət mənzərələrini əks etdirən fotoşəkillərin sərgisi təşkil olunub.

Eyni zamanda, sərgidə Novruz bayramına həsr olunmuş milli təamlar təqdim edilib. Bayramın əsas simvolu olan “Sumanak”, milli bayram yeməyi “Oşi palov” və yazın gəlişini, təbiətin oyanışını və xalqların birliyini simvolizə edən Novruzun ənənəvi atributları “Haft Sin” və “Haft Shin” nümayiş olunub.

Галерея

Calendar

  • business-portal_thumb.jpg