Azərbaycan Tibb Universitetinin rektoru ilə görüş

19.03.2025 16:20

Cari ilin 18 mart tarixində Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gərabəyli ilə görüşüb.

Görüşdə ATU ilə Tacikistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşkili məsələləri müzakirə edilib.

Tərəflər qeyd olunan təhsil müəssisəsində təhsil alan tacik tələbələrin tədrisi, təhsil səviyyələri və yaşayış şəraiti ilə bağlı məsələləri də müzakirə ediblər.

Галерея

Calendar

  • business-portal_thumb.jpg