Səfirin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini ilə görüşü

06.03.2025 20:45

6 mart 2025-ci il tarixində iqamətgahı Bakı şəhərində olmaqla Tacikistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon Tbilisi şəhərində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili ilə görüş keçirib.

Görüş zamanı tərəflər ticarət-iqtisadi, nəqliyyat, logistika və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Həmçinin, Düşənbə ilə Tbilisi arasında birbaşa müntəzəm aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub.

Галерея

Calendar

  • business-portal_thumb.jpg