Səfirin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti ilə görüşü

28.02.2025 14:23

Cari ilin 17 fevral tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlxom Abduraxmon Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli ilə görüşüb.

Görüşdə tərəflər təhsil və elm sahələrində əməkdaşlığın mövcud vəziyyətini, inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Həmsöhbətlər tərəflərin birgə elmi-tədqiqat işlərinin və təcrübə mübadiləsinin aparılması, elmi konfrans və simpoziumların təşkili istiqamətində hər iki ölkənin müvafiq qurumları arasında elmi əlaqələri gücləndirməyə hazır olduqlarını vurğulayıblar.

Həmçinin Tacikistan səfiri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru T.Kərimli ilə görüşüb və İnstitutun müstəsna nailiyyətləri ilə tanış olub.

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg