Səfirin Azərbaycanın fövqəladə hallar naziri ilə görüşü

18.02.2025 14:08

Cari ilin 17 fevral tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə görüşüb.

Görüşdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Həmsöhbətlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı inkişaf etdirməyə, eləcə də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Tacikistanın təhsil müəssisələri arasında təcrübə mübadiləsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq qurmağa hazır olduqlarını vurğulayıblar.

 

 

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg