İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” və “Yaşıl iş və bacarıqlar” mövzularda təşkil olunan yüksək səviyyəli tədbirlərdə iştirak

18.11.2024 20:13

18 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində üzv-dövlətlərin sahəvi qurumlarının nümayəndələrinin iştirakı ilə “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” və “Yaşıl iş və bacarıqlar” mövzularda yüksək səviyyəli tədbirlər keçirilmişdir. Tacikistanı bu tədbirdə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon təmsil etmişdir.

Tədbirdə iqlim dəyişmələrinin insan inkişafına təsiri, o cümlədən dünyanın müxtəlif regionlarında iş yerlərinin ixtisarı və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılmışdır. Bununla yanaşı üzv dövlətlərin nümayəndələri iqlim dəyişmələrinin nəticələri ilə mübarizə sahəsində və əhalinin “yaşıl” iş yerləri ilə təmin edilməsi istiqamətində həyata keçirdikləri tədbirlərlə bağlı təcrübələrini və iqlim dəyişikliyinə uyğunlaşma planlarını bölüşmüşlər.

Галерея

Calendar

  • business-portal_thumb.jpg