9 oktyabr 2024-cü il tarixində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.
Görüşdə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində mühüm təkliflər irəli sürülüb.
Tərəflər iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə, eləcə də onun gələcək inkişafı üçün konkret tədbirlər görməyə hazır və maraqlı olduqlarını bildiriblər.