Bakıda Dövlət Müstəqilliyi Gününün qeyd edilməsi

24.09.2024 22:48

24 sentyabr 2024-cü il tarixində Bakıda, Ritz-Carlton otelində Tacikistan Respublikasının Dövlət Müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının və parlamentinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycanın ictimai təşkilatlarının, elm, mədəniyyət və işgüzar dairələrinin rəhbərləri və nümayəndələri, o cümlədən soydaşlarımız və tacik tələbələr iştirak ediblər.

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri İlxom Abduraxmon çıxışında ölkənin dövlət müstəqilliyi dövründə inkişafından və əldə etdiyi nailiyyətlərindən danışıb, Tacikistan xalqı üçün bu taleyüklü prosesdə Sülhün və Milli Birliyin Banisi - Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti, hörmətli Emoməli Rəhmonun əsas həlledici rolunu vurğulayıb. Beynəlxalq əlaqələrin genişlənməsi və müstəqil Tacikistanın dünya miqyasında artan nüfuzu, ölkəmizlə Azərbaycan Respublikası arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı da vurğulanıb.

Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sülh və əmin-amanlıq arzularını çatdırıb. O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tacik xalq melodiyalarının və milli rəqs nümunələrinin ifası isə bayram gecəsinə xüsusi rəng qatıb.

Dövlət Müstəqilliyi Günü çərçivəsində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun kitablarından, tacik rəssamlarının əsərlərindən, xalq sənətkarlığı nümunələrindən və milli tacik geyimlərindən, eləcə də Tacikistan Respublikasının turistik yerlərini tanıdan fotoşəkillərdən ibarət sərgi keçirilib.

 

Галерея

Calendar

  • business-portal_thumb.jpg