27 avqust 2024-cü il tarixində Bakıda Tacikistan Respublikasının Azərbaycandakı səfiri İlhom Abdurahmon ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib .
Söhbət zamanı elektron hökumət və rəqəmsal texnologiyaların tətbiqi, regional nəqliyyat kommunikasiyaları çərçivəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından təcrübə mübadiləsi üzrə əməkdaşlığın intensivləşdirilməsi, xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması, Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşların bərpası, həmçinin Tacikistanın sahəvi seqmentinin cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə (COP29) Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında iştirakı məsələləri müzakirə olunub.
Görüşdə Tacikistanla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın digər aktual sahəvi məsələləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.