Tacikistan Respublikasının Düşənbə şəhərinin dövlət icra hakimiyyəti orqanının (meriya) işçi qrupunun Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi ilə görüşü

23.04.2024 13:35

23 aprel 2024-cü il tarixində Düşənbə şəhərinin dövlət icra hakimiyyəti orqanının (meriya) işçi qrupu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində 24 aprel tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov və Bakı şəhərinin baş memarı Akif Abdullayevlə görüş keçirilmişdir.

Görüş zamanı tikinti, memarlıq və şəhərsalma sahələrində fəaliyyət göstərən qurumlar arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir, eləcə şəhərsalma və memarlıq sahəsində müxtəlif məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda tacik memarları Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş Planı ilə tanış olmuşlar.

Галерея

Calendar

  • business-portal_thumb.jpg