19 aprel 2024-cü il tarixində Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Vitse-prezidenti Elşad Nəsirov arasında görüş keçirilib.
Söhbət zamanı Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin aktual məsələləri müzakirə olunub, eləcə də tərəflərin iqtisadiyyatın digər əlaqəli sahələrində qarşılıqlı fəaliyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüş konstruktiv və dostluq şəraitində keçib.