9 aprel 2024-cü il tarixində Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlxom Abduraxmonla Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Muxtar Babayev arasında görüş keçirilib.
Görüş zamanı tərəflər arasında ticarət-iqtisadi, sənaye, nəqliyyat, investisiya və digər əməkdaşlıq sahələrində əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişlər, eləcə Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsi müzakirə edilib.
Həmçinin tərəflər müvafiq olaraq cari ilin iyun ayında Düşənbə şəhərində və cari ilin noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Su - dayanıqlı İnkişaf üçün, 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə üçüncü yüksək səviyyəli konfrans və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Tacikistan və Azərbaycan arasında qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.