27 mart 2024-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Beynəlxalq Novruz Gününə həsr olunmuş bayram gecəsi təşkil etmişdir.
Bayram tədbirində Azərbaycan Respublikasının Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycanın ədəbi və mədəni dairələrinin nümayəndələri, eləcə də Bakıda yaşayan həmvətənlər iştirak etmişlər.
Milli mahnı və rəqs nümunələrinin ifası, Novruz bayramının tarixindən və bayram tədbirlərinin keçirilməsi ənənəsindən bəhs edən videoçarxlar axşama xüsusi rəng qatmışdır.
Tədbirdə “haftsin” və “haftşin” üslubunda bəzədilmiş süfrələrdən ibarət milli xörəklərin, əl işi olan milli geyim, musiqi alətləri və digər xalq sənətkarlığı nümunələrinin, o cümlədən tacik rəssamlarının əsərlərinin sərgisi də nümayiş etdirilmişdir.