Tacikistan Respublikasının nümayəndə heyətinin Azərbaycana səfəri

26.02.2024 14:25

Tacikistan Respublikasının Əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi və aidiyyəti nazirlik və idarələrin nümayəndələrindən ibarət heyət cari ilin 26-29 fevral tarixlərində Azərbaycan Respublikasının əmək bazarı ilə tanışlıq və onun öyrənilməsi məqsədi ilə Bakıda səfərdə olub.

Səfər müddətində Tacikistan nümayəndə heyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri və nazir müavini, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi”nin direktoru və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi ilə işgüzar görüşləri keçirilib. Görüşlər çərçivəsində əmək bazarının rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilib

Галерея

Calendar

  • business-portal_thumb.jpg