Tacikistanın Milli Ordu Günü Bakıda qeyd olundu

23.02.2024 13:45

 Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Tacikistan Respublikasının Milli Ordusunun yaradılması Günü 23 fevral 2024-cü il tarixində Bakı şəhərində təntənəli şəkildə qeyd olundu.

Tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutda və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alan tacikistanlı  kursantlar, həmin ali hərbi təhsil müəssisələrinin rəhbərliyi, habelə Bakı şəhərində işgüzar səfərdə olan Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatasının nümayəndə heyəti iştirak etdilər.

Tacikistan Respublikasının Azərbaycandakı Səfiri İlhom Abdurahmon çıxışında Silahlı Qüvvələrin yaranma tarixindən, gələcək inkişafından, ölkə üçün bu taleyüklü prosesdə Sülh və Milli Bərabərliyin banisi - Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmanonun rolundan danışdı və tacikistanlı kursantları Vətən müdafiəçilərinin bayramı - Tacikistanın Milli Ordusunun yaradılması Günü münasibətilə təbrik etdi.

Tədbirin sonunda Tacikistan Respublikasının Müdafiə Nazirliyi və Sərhəd Qoşunlarının rəhbərliyi adından Heydər Əliyev adına Hərbi İnstitutunun və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının nümayəndələrinə təşəkkürnamələr təqdim edildi.

Галерея

Calendar

  • business-portal_thumb.jpg