20 fevral 2024-cü il tarixində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmonla “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev arasında görüş keçirilib.
Görüş zamanı Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında hava əlaqələri sahəsində ikitərəfli əməkdaşlığın cari məsələləri, o cümlədən birbaşa uçuşların bərpa edilməsi məsələsi müzakirə edilib.
Tərəflər həmçinin sözügedən istiqamətdə qarşılıqlı fəaliyyət üçün gələcək addımları müəyyən ediblər.
Görüş konstruktiv və dostluq şəraitində keçib