Tacikistan Səfirinin Azərbycan Respublıkasının Energetika Naziri ilə görüşü

09.02.2024 16:31

08 fevral 2024-cü il tarixində Tacikistan Respublikasının Səfiri İlhom Abdurahmonla Azərbycan Respublıkasının Energetika Naziri Pərviz Şahbazov arasında görüş baş tutub. 

Görüş zamanı tərəflər energetika sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə xüsusilə Azərbaycan şirkətləri tərəfindən enerji sektorunun prioritet layihələri kimi qiymətləndirilən müasir su və günəş elektrik stansiyalarının tikintisi, Tacikistanda xam neftin nəqli və emalı üsulları sahələrinə sərmayələrin yatırılması, eləcə də nüfuzlu Azərbaycan şirkətlərinin diqqətinin Tacikistan Respublikası ərazisində neft və qaz ehtiyatlarının aşkar edilməsi sahəsinə cəlb olunması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Галерея

Calendar

  • business-portal_thumb.jpg