7 dekabr 2023-cü il tarixində Bakıda Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İlhom Aburahmon və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş keçirilib.
Görüş zamanı iqtisadiyyat və ticarət, sənaye və nəqliyyat, tranzit yüklərin daşınması, o cümlədən sənaye və energetika sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüş zamanı, həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığa, habelə əlverişli şəraitdən və mövcud imkanlardan istifadə etməklə ikitərəfli münasibətlərin inkişafı üçün yeni alətlərin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.