16 və 19 noyabr 2023-cü il tarixlərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində Tacikistanın Bakıdakı diplomatik korpusunun, Tacikistan sahibkarlarının və vətəndaşlarının iştirakı ilə Tacikistan Respublikasının Prezidenti Günü və Dövlət Bayrağı Günü münasibətilə təntənəli toplantı keçirilmişdir.
Təbrik nitqi ilə çıxış edən Səfir milli sülh və birliyin yaradıcısı - Xalqın Lideri, Tacikistan Respublikasının Prezidenti, möhtərəm Emoməli Rəhmonun taciklərin dövlətçiliyinin dirçəldilməsində və inkişafında taleyüklü rolunu və səmərəli töhfəsini xüsusi vurğulamışdır. Həmçinin o, Tacikistan Respublikasının rifahı, Tacikistan Respublikası Ali Sovetinin XVI sessiyasının tarixi əhəmiyyəti, ölkənin müstəqillik dövründə əldə etdiyi nailiyyətləri, beynəlxalq aləmdə artan rolu və strateji hədəfləri, Tacikistanın beynəlxalq təşəbbüsləri haqqında ətraflı məlumat vermişdir.