Tacikistan Respublikasının Azərbaycandakı Səfirinin Azərbaycan Respublikası Baş nazirinin müavini, Tacikistan-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri ilə görüşü

15.05.2025 18:49

2025-ci il mayın 14-də Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri İlhom Abdurahmonun Azərbaycan Respublikası Baş nazirinin müavini, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Samir Şərifov ilə görüşü baş tutmuşdur.

Görüş zamanı tərəflər Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının nəticəsi olaraq əldə edilmiş razılaşmaların icrası vəziyyətini müzakirə etmiş, eləcə də cari vəziyyət və əməkdaşlığın inkişaf perspektivlərinə, xüsusilə ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, nəqliyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə diqqət yetirmişlər.

Görüşün sonunda hörmətli Samir Şərifov cari ilin 29–31 may tarixlərində Düşənbə şəhərində keçiriləcək Buzlaqların Mühafizəsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində iştirak edəcəyindən məmnunluq duyduğunu bildirmişdir.

Галерея

Calendar

  • business-portal_thumb.jpg