Tacikistan Respublikasının Səfirliyində sənədlərin leqallaşdırılması
Konsul leqallaşdırması nə deməkdir?
Konsul leqallaşdırması sәnәdlәrdәki vә aktlardakı səlahiyyətli şəxslərin imzalarının və dövlətin səlahiyyətli orqanlarının möhürlərinin həqiqiliyini və digər dövlətdə istifadə etmək məqsədi ilə bu sәnәd vә aktların mənsub olduğu dövlətin qanunvericiliyinə uyğun olmasını müәyyәnlәşdirmәk vә tәsdiq etmәkdәn ibarәtdir.
Xarici ölkələrdə fəaliyyət göstərən Tacikistan Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri yerləşdiyi dövlətin sənədlərin və aktların Tacikistan Respublikasının ərazisində istifadəsi məqsədi ilə leqallaşdırılmasını həyata keçirir.
Leqallaşdırılmaya təqdim olunan sənəd və aktlar ilk növbədə yerləşdiyi dövlətin Xarici İşlər Nazirliyində və yaxud digər səlahiyyətli qurumunda leqallaşdırılmalıdır. Leqallaşdırılmaya sənəd və aktların əsilləri və notarial qaydada təsdiqlənmiş surətləri qəbul edilir.
Leqallaşdırılmaya təqdim olunan sənəd və aktlar aydın və dəqiq yazılmalıdır. Səlahiyyətli şəxslərin imzaları və möhürlərin izləri aydın görsənməlidir.